KepezTV Player
Magistr olmaq istəyənlər, sizə şad xəbərimiz var. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticəsi həmin mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştirak etmək imkanı veriləcək. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, II mərhələdə onlar yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər. Mümkün 100 baldan 40-66-nı toplayan 414 bakalavr birinci mərhələnin nəticəsinə qoyulan minimal bal tələbini ödəsə də, hansısa fənni üzrə minimal balı toplaya bilməyib. Onlardan bir çoxu Dövlət İmtahan Mərkəzinə ərizə ilə müraciət edərək imtahanın II mərhələsinə buraxılmalarını xahiş edib.
- Baxış: 291