• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1375
— 13.03.2019 10:03

Ən ucuz internetə sahib ölkələr hansıdır?

Cable şirkəti tərəfindən dünyanın ən ucuz internetinə sahib ölkələrinin adları açıqlanıb. Cable-ın siyahısında ilk yerdə Hindistan qərarlaşıb. Burada internetin aylıq qiyməti 0.26 dollar təşkil edir. Bu da indiki valyuta ilə 0,44 AZN-dir. Növbəti yerdə isə Qırğızıstan qərarlaşıb. Burada internetin qiyməti 0.27 dollara bərabərdir. Qazaxıstan isə siyahıda 3-cü yerdədir. Burada internetin aylıq qiymətinə 0.49 dollar qiymət qoyulub. Ən ucuz internet ölkələri arasında Ukrayna 4-cüdür. Cable-in məlumatına görə, Ukraynada internetin aylığı üçün 0.51 dollar ödənilir.