• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 13.03.2019 10:01

Saatda 241 km/saat sürətə malik uçan motosiklet

Jetpack Aviation (JPA) şirkətinin hazırladığı uçan motosiklet Speeder tezliklə göylərə qalxacaq. Speeder adlı bu motorsiklet 22 dəqiqə uçuş və saatda 241 km/saat sürətə malikdir. 10.000 ABŞ dolları məbləğində depozit ödəyə bilən hər kəs bu motosikleti öncədən sifariş edə bilər. Dörd turbojet mühərriki ilə 113 kiloqrama qədər ağırlıq daşımaq özəlliyinə sahib motosikletin uçuş müddəti hündürlüyə və yükə görə dəyişir. O, JetA və ya dizel yanacağı ilə işləyir. Şirkət tərəfindən mühərrikin 15 min metr yüksəkliyə çata biləcəyini söylənilib. JPA, ilk mərhələdə 20 ədəd istehsal edəcək. Motosikletin ticarət və hərbi versiyalarında özünü idarə etmə özəlliyi və beşinci turbo jet olacaq. JPA ayrıca alış zamanı bir geyim və qoruyucu kaska verir.