• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2122
— 12.03.2019 20:45

Təlimlər davam edir

KepezTV Player

Genişmiqyaslı təlimin niyyətinə uyğun olaraq Əməliyyat-taktiki raket bölmələri daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edərək təyin edilmiş marşrutlarla marş keçiriblər.Start mövqelərini tutan bölmələr planlı və plandan kənar şərti düşmən hədəflərinə raket zərbələrinin endirilməsi üzrə döyüş şəraitinə maksimal şərtlərdə tapşırıqları icra edir.

Raket və artilleriya qoşunlarının bölmələri marş keçirərək atəş mövqelərini tutublar. Təlimlərin niyyətinə uyğun olaraq ehtiyat atəş mövqelərinə çıxarılan reaktiv artilleriya divizionları qoşunların hücumuna praktiki atəşlə dəstək vermək və şərti düşmən hədəflərinə atəş zərbələrinin endirilməsi üzrə tapşırıqları icra etməyə hazırlaşır.

Təlimlər zamanı döyüş aviasiya vasitələrinin yerdəyişməsi də həyata keçirilib. Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromları və meydançalarına çıxarılıb. Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin planına uyğun olaraq, döyüş tapşırıqlarının aydınlaşdırılması və vəziyyətin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb. Təlimlərə cəlb olunan birlik, birləşmə və digər qoşun növlərinin vəzifəli şəxslərinin məruzələri dinlənilib, qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar dəqiqləşdirilib.