• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1944
— 12.03.2019 20:33

Mehriban Əliyeva Fransa Senatının sədri ilə görüşüb

KepezTV Player

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb.Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban Əliyeva bildirib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir.Birinci vitse-prezident Mehriban Əliyevanın Yelisey sarayında Fransanın birinci xanımı Bricit Makron ilə də görüşü olub. Ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərlə bağlı müzakirələr aparılıb, Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. Mehriban Əliyevanın Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşündə ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.