• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2056
— 12.03.2019 20:39

"Novruz şəhərciyi"ndə konsert təşkil olunub

KepezTV Player

Gəncədə yel çərşənbəsi xüsusi əhval ruhiyyədə qeyd olunub.  Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə ilk dəfə olaraq  mərkəzi meydanda yaradılan Novruz şəhərciyində  təşkil olunan bayram konserti sakinlərə xoş anlar yaşadıb. Gəncə Dövlət Filarmoniyasının solistlərinin, müsiqi kolleci və məktəblərin bədii kollektivlərinin rəngarəng çıxışları əsl bayram abu havası yaradıb. Mənəvi istirahətlə yanaşı vətəndaşlar novruz şəhərciyində quraşdırılan satış pavilionlarından alış veriş imkanı da əldə edirlər. Martın 5-dən start götürən Novruz şəhərciyi layihəsi ayın sonuna dək davam etdiriləcək.