• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 12.03.2019 20:34

Sakinlər özünüməşğulluq proqramından yararlanırlar

KepezTV Player

Özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara Goranboy rayon Məşğulluq Mərkəzi tərəfindən aktivlərin verilməsi yekunlaşmaq üzrədir. Belə ki, ötən il proqrama qoşulan 120 aztəminatlı və imtiyazlı ailənin 107-nə iri və xırdabuynuzlu heyvanların verilməsi tam təmin olunub. İstehsal və xidmət sahəsi üzrə layihəsi uğurlu olan 13 sakinə aktivlər ümumlikdə 80% verilib.

Goranboy rayonu Borsunlu kənd sakini aztəminatlı Rühanə Qarayeva da özünəməşğulluq proqramına qoşulub və lazımı avadanlıqlar alaraq öz kiçik biznesini inkşaf etdirmək niyyətindədir.

Rühanə Qarayeva Goranboy sakini:2018-ci ildə rayon Məşğulluq Mərkəzinə işaxtaran kimi müraciət etdim. Ordan məni  özünəməşğulluq proqramına cəlb etdilər. Kurslarda iştirak elədim və layihəm uğurlu oldu. Sağolsunlar təminatım aparıldı hazırda işləyirəm və öz ailəmə maddi cəhətdən kömək edirəm.

Əliyəddin Məmmədov Goranboy sakini:2016-cı ildən Məşğulluq mərkəzində işsiz kimi qeydiyyata durdum.  Özünüməşğulluq proqramında iştiak elədim və layihəm keçərli oldu. Çox sağolsunlar mənə 20 qoyu və 1 erkək verdilər.

Nemət Ələkbərov Goranboy sakini:Aztəminatlı ailəyik, 3 uşağım var. Biri orta məktəbdə oxuyur, ikisi universitetdə. Məvacibimiz az olduğu üçün çətinlik çəkirdik. İşsiz olduğun üçündə rayon Məşğulluq mərkəzinə müraciət etmidim bir neçə il bundan əvvəl. Sağolsunlar  Özünüməşğulluq layihəsinə mənidə cəlb etdilər və 2 boğaz inəklə təmin elədilər, onlardan da 2 bala almışıq.

Proqram iştirakçılarına verilən aktivlərin düzgün və səmərəli istifadəsi üçün komissiya tərəfindən mütəmadi olaraq istehsal və xidmət sahələrinə baxış keçirilir.

Nicat Məmmədov Goranboy rayon Məşğulluq Mərkəzinin direktoru: 2019-cu ildə də qarşımız qoyulan məqsəd özünüməşğulluq proqramının icrasına hazırlıq məqsədilə vətəndaşları cəlb etmək, eləcədə aztəminatlı və imtiyazlı ailələrin araşdırılaraq təminatını aparılmasıdır

Hazırda Goranboy rayon Məşğulluq Mərkəzində 1200 nəfər işsız kimi qeydiyyatdadır.