Gəncənin Məmməd Səid Ordubadi küçəsinin sakinləri, eləcə də ətraf ərazilərdə yaşayanlar şəhər rəhbərindən avtomobil yollarının təmirini istəyib, ərazidə çirkab sularının axıdılması üçün kanalizasiya xəttlərinin olmadığını dilə gətiriblər. Eləcə də gecə işıqlandırılması sisteminin bərpasını, məişət tullantılarının toplanması üçün zibil tutumlarının qoyulması xahişi ilə də müraciət ediblər. İcra başçısı Niyazi Bayramov içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 5-ci mərhələsinin icrası zamanı qeyd olunan problemin aradan qaldırılacağını və yalnız layihə yekunlaşdıqdan sonra asfaltlanma işlərinə başlanılacağını vurğulayıb. Eləcə də avtomobil yollarının səhmana salınması, gecə işıqlandırılması sisteminin bərpası, habelə məişət tullantılarının toplanması üçün zibil qutularının qoyulması istiqamətində müvafiq qurumlara göstərişlər verilib. Müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin təmiri, xususi evlərin sənədləşməsi kimi məsələlər də yer alıb.
- Baxış: 1008