Bu günə xəbərlərin oxunma sayı: 1049
— 11.03.2019 23:23

Yol qəzasında piyada ölüb

KepezTV Player

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Şəhərin Şah İsmayıl Xətai prospektində Gəncə sakini 27 yaşlı Seymur Aslanov "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən həmyerlisi 67 yaşlı Əli Məmmədovu vurub. Ağır bədən xəsarətləri alan piyada Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Xaliq Qurbanlı