• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 11.03.2019 20:03

Quldurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

KepezTV Player

Paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini Natiq Tağıyev 20-ci Polis Bölməsinə müraciət edərək martın 8-də evinə gəlmiş 3 nəfər tərəfindən döyüldüyünü, 1900 manat pulunun və avtomobil açarının alındığını bildirib. Müraciətlə əlaqədar müvafiq araşdırma aparılıb. Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini Rəşad Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanılıblar. Araşdırmalar davam etdirilir.