• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 11.03.2019 19:10

Onlayn sınaq imtahanları keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanlarının I mərhələsi üzrə onlayn sınaq imtahanları keçirəcək. İmtahanlar martın 16, 17 və 18-də gün ərzində 3 dəfə saat 9.00, 15.00 və 20.00-da keçiriləcək. İmtahanda iştirak haqqı 3 manatdır. Abituriyentlərə Azərbaycan və ya rus dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim ediləcək. Abituriyentlər onlayn imtahanı başa çatdıran kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək, açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarına baxmaq imkanına malik olacaqlar. İştirakçılar bu imtahanlarda qapalı tipli tapşırıqlar üzrə topladıqları bal ilə imtahanı bitirdikdən dərhal sonra tanış ola bilərlər.