Bu günə xəbərlərin oxunma sayı: 1044
— 11.03.2019 15:53

Gəncədə ənənəvi olaraq hər il tələbələr arasında təşkil edilən spartakiada start götürüb

KepezTV Player

Yarış ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. Spartakiadanın açılış mərasimi Azərbaycan Texnologiya Universitetinin idman zalında baş tutub. Bu yarışların əhəmiyyətindən danışan natiqlər belə turnirlərin tələbələrin idman bacarığının üzə çıxarılmasında rol oynadığını bildiriblər. Bu ilki spartakiadanın Gəncənin Avropanın idman şəhəri adını daşıması ilə üst-üstə düşməsini xoş təsadüf hesab edənlər   ölkənin ikinci böyük şəhərinin bu titula yiyələnməsini yüksək qiymətləndiriblər.

Yarışa gəlincə, Nizami yurdunda fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələrinin iştirak etdiyi spartakiadada qaliblər 7 idman növü üzrə müəyyənləşəcək. Tələbə idmançılar voleybolla yanaşı, mini futbol, basketbol, stolüstü tennis, şahmat, dama və atletika yarışlarında qüvvələrini sınayacaqlar. Spartakiadada həm qız, həm də oğlan komandalardan ibarət kollektivlər iştirak edəcək.

Voleybolla başlayan silsiləsi yarışlarda artıq oğlanların mübarizəsində qaliblər bəlli olub. Universitetlər arasında GDU 1-ci, ADAU 2-ci, AZTU 3-cü yerə çıxıb. Orta ixtisas məktəbləri arasında Regional Kollec 1-ci, Tibb 2-ci, Musiqi kolleci isə 3-cü olub. Spartkiadaya may ayında yekun vurulacaq.

 

Orxan Cəfərzadə