• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2164
— 11.03.2019 15:51

Gürcüstandan Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

KepezTV Player

Ölkənin Qərb qapısı olan "Qırmızı Körpü" gömrük postundan Azərbaycana pirotexniki vasitələrin keçirilməsinə imkan verilməyib. Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobili kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də nəqliyyat vasitəsinin salonunda, arxa oturacağının söykənəcəyində və sağ sol qanadlarda xüsusi düzəldilmiş saxlanc yerindən üzərində "Triangle Cracker" yazısı olan 1900 ədəd, üzərində "Piratki" yazısı olan 2250 ədəd pirotexniki vasitələr aşkar olunub.