KepezTV Player
Şəmkirdə ana ölümü baş verib. Qaracəmirli kənd sakini, 35 yaşlı Nuridə İbrahimova övladını dünyaya gətirdikdən sonra özü canından olub. Hadisə Çinarlı qəsəbə xəstəxanasında baş verib. Tibb müəssisəsindən verilən məlumata görə, İbrahimova doğuşdan bir neçə saat sonra dünyasını dəyişib. Məlumata görə, bu, qadının üçüncü doğuşu olub. Onun ölümünün dəqiq səbəbi hələ ki, məlum deyil. İlkin ehtimallarla qadının ürəyində tromb olub və bu səbəbdən dünyasını dəyişib. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 863