• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 11.03.2019 11:55

İki qardaşa məxsus evlərdə yanğın olub

KepezTV Player

Göyçayda iki fərdi yaşayış evində güclü yanğın baş verib. Alov Kürdəmiş kənd sakinləri - Kamil Teymurova məxsus, ümumi sahəsi 260 kvadratmet olan ikimərtəbəli evdə, qardaşı Rasim Teymurova məxsus 120 kvadratmetrlik mənzildə və 80 kvadratmetrlik çardaqda meydana gəlib. Əraziyə FHN-in Göyçay, Ağdaş, Ucar və İsmayıllı Dövlət Yanğından Mühafizə hissələrinin 7 maşını və canlı qüvvəsi cəlb olunub. Bitişik evlərdən bir içərisindəki əşyalarla birgə külə dönüb. Digər tikiliyə də zərər dəyib. Qonşu ev alovdan mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.