• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1756
— 11.03.2019 11:36

Evlənmək istəyənlərin nikah öncəsi psixoloji uyğunluğu da yoxlanıla bilər

KepezTV Player

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yeni təşəbbüslə çıxış edib. Komitə sədri Hicran Hüseynovanın sözlərinə görə, şəxslər arasında daha çox düzgün seçimin edilməməsi, düşüncə və psixoloji fərqin mövcudluğu boşanma hallarına səbəb olur: “Buna görə də nikah öncəsi tibbi müayinə ilə yanaşı, ailə quracaq gənclərin müvafiq psixoloji uyğunluğunun yoxlanılması olduqca vacibdir. Bu istiqamətdə "Ailə psixoloqu" İnstitutunun yaradılmasına, əhalinin bu xidmətdən geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsinə ehiyac var”. Bu barədə "Ailə strategiyası"nda da tədbirlər nəzərdə tutulub.