• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2142
— 11.03.2019 12:02

Kolleclərə ərizə qəbulu üçün son gündür

KepezTV Player

Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu bu gün saat 23:59-da yekunlaşacaq. Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər saat 17-dək tələb olunan sənədlərlə komissiyaya gəlməlidirlər. Ümumi orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və ya 9 illik təhsili ölkə hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər. Ümumi orta təhsil səviyyəsini ölkə məktəblərində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.