• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1875
— 11.03.2019 12:07

IX sinif şagirdləri buraxılış imtahanını verib

KepezTV Player

Ötən gün Dövlət İmtahan Mərkəzi orta məktəblərin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirib. Ümumilikdə 39 min 700, Gəncə şəhəri üzrə isə 3 min 133 nəfər şagirdin iştirak üçün qeydiyyatdan keçdiyi imtahana saat 11-də start verilib. Şagirdlərə tədris dili, riyaziyyat və xarici dil fənnləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilib. Sualların cavablandırılması üçün isə 3 saat vaxt ayrılıb. Ölkə üzrə 91 imtahan mərkəzində aparılan prosesin idarə olunmasına 283 imtahan rəhbəri, 3 min 367 nəzarətçi-müəllim, hər bina üzrə DİM-in 1 nümayəndəsi ayrılıb. Gəncə şəhərində 7 binada təşkil olunan imtahan zamanı heç bir neqativ hal yaşanmayıb. Bu gündən imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.