• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 11.03.2019 12:05

Tovuzda yarmarkaya xüsusi komissiya nəzarət edir

KepezTV Player

Novruz bayramı ərəfəsində Tovuzda təşkil edilən bayram yaramarkası əhalinin marağına səbəb olub. Bazarla müqayisədə qiymətlərin 25-30 faiz ucuz olması və məhsul bolluğu yarmarkadan yararlananların sayını artırıb.

Yarmarkanın keçirilməsi Novruz bayramı ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsinə hesablanıb. Süni qiymət artımının qarşısını almaqla məhsullara əlçatanlığın təmin edilməsi də satış-yarmarkasının təşkilində əsas məqsəddir. Yarmarkada məhsulların sanitariya-gigiyena nəzarətindən keçirilməsi də təmin olunub.

Şakir Rüstəmov - Tovuz rayon İcra Hakimiyyətinin nümayəndəsi: Bayram yarmarkasında qiymətlər adi bazarlardan fərqli olaraq 15-20 faiz aşağıdır. Bəzi mallarda isə hətta 25 faiz endirim var.

Rayonun kəndlərindən gətirilən ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və çərəzlər bazar qiymətlərindən orta hesabla 20-25 faiz ucuz satılıb. Sakinlər yarmarkanın keçirilməsindən, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər.

Fəxrəddin Məmmədov - alıcı: Çox yaxşıdır ucuzluqdur. Ət başqa yerlərdə 10 manat 11 manat satılır. Burada 9 manat 8 manat 50 qəpiyə satılır. Çox yaxşıdır.

Gülnarə Babayeva - alıcı: Yumurtanın göyərtinin ətin meyvələrin qiymətində fərq var. O biri bazarlara baxanda burada fərq çox böyükdür.

Rayon icra hakimiyyətində yaradılan xüsusi komissiya gündəlik olaraq alış-veriş məkanında prosesi izləyir və yarana biləcək süni qiymət artımını dərhal aradan qaldırır. Bayram yarmarkasının mart ayının 16-dan 21-dək gündəlik təşkili planlaşdırılır.