• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 667
— 11.03.2019 10:03

Cenevrədə zirehli Aurus limuzini sərgilənib

Cenevrə motorşousunda Aurus Senat S600 və onun zirehli L700 modifikasiyası sərgilənib. Model ilk dəfə ötən ilin avqustunda Moskva avtosalonunda təqdim olunmuşdu. S600 sedanının uzunluğu 5,6 metr, L700-ünkü isə 6,6 metrdir. Təkər bazası müvafiq olaraq 3,3 metr və 4,4 metrə bərabərdir. “Maybax” və Rolls-Royce Phantomun uzunluğunu müqayisə etsək onlar 5,4  və 5,9 metrə malikdir. Senatın zirehli modifikasiyasının çəkisi 6,9 tondur. Hər iki avtomobil 4,4 litrlik motor, 40  at güclü elektromotor və 9 diapazonluq avtomatik sürət qutulu hibrid güc sistemilə təchiz olunub. Adi tam ötürücülü sedan “yüzü” 6 saniyəyə yığır. Zirehli versiya isə buna 9 saniyədə nail olur. Maksimal sürət 250 km/saatla məhdudlaşır. Senat maşınını elə indidən sifariş vermək olar. Çatdırılmalarsa növbəti ilin yayından tez olmayacaq. Avtomobillər Moskvada yığılır. 2020-ci ildə o, Tatarıstanda da hazırlanacaq. Belədə istehsalat həcmini il ərzində 5000-ə çatdırmaq mümkün olacaq. Son məlumatlara görə, analoji limuzin və sedan üçün 200-dən çox sifariş qəbul olunub. Ortalama qiymət 150800 dollardır.