• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 11.03.2019 09:59

Ərəb şeyxi üçün 10 təkərli avtomobil

Dubaydan olan bir şirkət tanınmış kolleksiyaçı şeyx Hamad bin Hamdan əl Nahayanın sifarişilə 5 oxlu Dhabiyan yolsuzluq avtomobilini hazırlayıb. 10 təkərli maşının uzunluğu 11 metrə, çəkisi isə 24 tona çatır. Dhabiyan, Oshkosh M1075 adlı Amerika hərbi maşınının bazasında yığılıb. 15,2 litrlik dizel Caterpillar motoru 600 at gücündədir. Ön hissə 40-cı illərin yük maşınından, kabinə müasir Jeep Wrangler Unlimited, fənərlər Ford Super Duty-dən, arxa bamper isə Dodge Dart modelindən mənimsənilib.