• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2311
— 09.03.2019 20:30

Park və xiyabanlarda təmizlik işləri aparılır

KepezTV Player

Yazın gəlişi ilə əlaqədar Gəncə şəhər yaşıllaşdırma idarəsinin əməkdaşları şəhərin park və xiyabanlarında ağac və gül kollarına, eləcə də yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilməsinə başlanılıb. Bu məqsədlə idarənin 500-ə yaxın işçisi səliqə-səhman və təmizlik işlərinə cəlb edilib. Quru budaqlar budanır, boş ərazilər bellənərək əkinə hazır vəziyyətə gətirilir. Ağacların və yaşıllıq zolaqlarının müntəzəm suvarılması həyata keçirilir. Qarşıdakı günlərdə isə yazlıq əkin işlərinə başlanılacaq. Bu məqsədlə idarənin tingliyində yetişdirilən 50 min gül kolunun və 10 mindən artıq eldar şamının əkilməsi üçün ərazi ayrılıb. Yaşıllaşdırma idarəsi 18 park olmaqla  ümumilikdə 760 hektar əraziyə qulluq göstərirlər.