Bu günə xəbərlərin oxunma sayı: 1018
— 09.03.2019 21:00

“Turan Tovuz” qələbə qazandı

KepezTV Player

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci tura yekun vurulub. Hesabat turunun son oyun günündə 3 qarşılaşma baş tutub. Qərb təmsilçisi “Turan Tovuz” evdə “Qaradağ Lökbatan”ı qəbul edib. Yeni baş məşqçi Nizami Sadıqovun təyinatından sonra ilk dəfə yerli publika önünə çıxan tovuzlular qələbə qazanmaq niyyətində olub. Sadıqovun yetirmələri doğma meydan və azarkeş amilindən yararlanmaqla istəyinə çatıb. Hərçənd ki, matçın əvvəlində qonaqlar daha fəal görünüblər. Bununla belə tədricən üstünlüyü ələ alan “Turan” rəqibinə minimal hesabla qalib gəlib. Oyunun yeganə qolunu 10-cu dəqiqədə Çoşqun Süleymanov vurub. Bu qələbə ilə aktivinə 3 xal yazan ev sahibləri turnir cədvəlində 1 pillə yüksələrək 11-ci yerə qalxıblar. Tovuz klubunun aktivində 16 xal var.

Azad Rəfi