• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2066
— 09.03.2019 17:22

Novruz yarmarkası keçirilir

KepezTV Player

Şəhərin Şeyx Bahəddin küçəsində, Gəncə mehmanxanasının yanında keçirilən yarmarkaya fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Satış prosesində vasitəçilərin olmaması və yarmarkada iştirakın ödənişsiz olması qiymətlərin ucuz olmasına əsas səbəbdir.

Kənan Cabbarov satıcı:Quba alması satırıq. Öz məhsulmuzdur. Alcılıq qabiliyyətidə yaxşıdır. Bazrda bu məhsulları 1-1,5 manata satırıq burada isə 60-50 qəpiyə satırıq.

Arif Sarıyev satıcı: Alma 50 q, apelsin 1,50 qəpik, qozu 3-4 manata satırıq.Bazardan hardasa burada 30-40 qəpik ucuzdur. Yarmarka yaxşıdır.

Fikrət Həsənov alıcı:Eşitdik ki, yarmarka açılıb. Gəmişik qiymətlərdə yaxşıdır, ucuzluqdur.Burada olan qiymətlər bazardan xeyli aşağıdır.

Bazar və marketlərdə yumurtanın qiyməti 13-14 qəpik olduğu halda kənd təsərrüfatı məhsulları yarmarkasında yumurtanın qiyməti 10 qəpikdir. Məhz elə bunun nəticəsidir ki, yumurtanın satışında sıxlıq var.

İlqar Xəlilov alıcı: Mənə dedilər 10 qəpikdir. Ona görə gəldim alıdm. Marketdə 13-14 qəpikdir hardasa 3-4 qpik fərq edir.

Yarmarkada yaradılan 16 satış məntəqəsində Gəncə ilə yanaşı ətraf rayonlarda istehsal edilən bütün növ kənd təsərrüfatı və yeyinti məhsulları satışa çıxarılıb.

Kənd təsərrüfatı yarmarkasında alıcılara qoz, fındıq eləcədə şabalıdda təqdim olunur. Bu məhsulların qiyməti bazar qiymətlərindən ucuzdur. Belə ki, qozun qiyməti 5 m, fındığın qiyməti 4m, şabalıdın qiyməti isə 6 manatdır.

Elə bayram qabağı da Gəncənin bazarlarında daha çox tələbat çərəzlərədir. Bazarda ən çox satılan qoz, fındıq və şabalıdın qiymətindəki fərqi elə satıcıların dilindən də eşitmək olar.

Hikmət Ağammədov satıcı: Öz məhsulumuzda var, alıb da gətiririk. Qəbələ rayonundan. Şabalıd 6-7 manat arasıdır, 6 manata qozdur, 6 manat iri fındıqdır, 5 manatda xırda fındıqdır.

Eləcə də göyərti, meyvə-tərəvəz, bostan məhsulları da yarmarka ilə müqayisədə fərqli qiymətə təqdim edilir. Bununla belə süni qiymət artımına yol verməmək üçün tədbirlər görülür.

Siracəddin Mərdəliyev bazar nəzarətçisi:Rəhbərliyimizin təlimatı ilə bütün süni qiymət artımlarının qarşısını alaraq qiymətləri stabil saxlamağa çalışırıq. Bütün qiymətlər tənzimlənir və alıcıların rahat gəlib alış-veriş etməsi üçün əlimizdən gələni bütün köməklikləri əsirgəmirik.

Aparılan müşahidənin nəticəsi olaraq qənaətə gəlmək olar ki,

1.Kartof bazarda 0,70-1,00 0,50

2. Soğan 0,80 0,60

3. Pomidor 3,00 2,50

4. Xiyar 3,00 2,50

5. Göyərti 0,30-0,50 0,20-0,40

6. Alma 2,00 1,20-1,70

7. Portağal 2,00 1,50

8. Naringi 2,00-2,50 1,70

9. Pendir 6,00 5,00

10. Qatıq 1,00 0,80

11. Şor 2,00 1,70

12. Yağ 5,00-7,00 4,00-6,00

13. Mal əti 10,00 8,50

14. Qoyun əti 12,00 10,50

15. Quş əti 4,00 3,30

16. Fındıq 6,00 5,40

17. Qoz 7,00-8,00 6,40-7,40

18. Şabalıd 8,00-10,00 7,00-9,00

19. Un (50kq) 29,00 26,50

20. Düyü 1,55 1,30

21. Yumurta 0,14 0,10

Yarmarka sabah da davam edəcək, eləcə də martın 16-dan 21-dək keçiriləcək.

 

Elnur Vahidoğlu