• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 09.03.2019 12:36

Şəmkirdə Novruz yarmarkası təşkil olunub

KepezTV Player

Şəmkir rayonunun mərkəzində təşkil olunan bayram yarmarkasına 100 tondan çox müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları, un, düyü, şirniyyat, meyvə, ət və süd məhsulları, yumurta, balıq çıxarılıb. Qiymətlətin bazardakından 20-30 faiz ucuz olması sakinlərin ürəyincə olub.

Böyükkişi Musayev alıcı:Bazarda qiymətlər yaxşıdır. Bu gün şəhərə ev üçün bazarlıq etməyə gəlmişdim. Gözəl bayram yarmarkası təşkil olunub. Qiymətlərdə münasibdir. Ev üçün bazarlıq etdik.

satıcı:Mandalində almada 20-30 qiymət endirim etmişik. Demək olar ki hər bir malda endirim var.

Yarmarkaya çıxarılan ağartı və ət məhsulları sanitariya-baytar nəzarətindən keçirilib. Keyfiyyətə və qiymətə nəzarət etmək üçün Şəmkir rayon İcra Hakimiyyətində xüsusi  komissiya yaradılıb.

Fəxrəddin Vəliyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının müavini:Ət əvvəlki bazar qiymətindən 2 mant 2 manat 50 qəpik ucuz satılır. Burada mqəsəd ondan ibarətdir ki həm satıcılar kənd təsərrüfatı məhsullarını sata bilsin. Həm də alıcılar ucuz qiymətə kənd təsərrüfatı məhsullarını ala bilsinlər.

Şəmkirdə bayram yarmarkaları növbəti həftənin şənbə və bazar günləri rayonun ən böyük yaşayış məntəqlərində davanm etdiriləcək.