• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 09.03.2019 12:46

6 ölkənin pianoçusu filarmoniya səhnəsində

KepezTV Player

Gəncə Dövlət Filarmoniyasında ilk dəfə olaraq xarici və Azərbaycan pianoçularının konserti olub. Heydər Əliyev Mərkəzinin və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Amerika, Almaniya, Çin, Yaponiya, Rusiya və Azərabaycan musiqiçiləri dünya klassiklərin əsərlərini səsləndiriblər. Pianoçuların ifası tamaşaçıların alqışları ilə qarşılanıb. Martın 7-də Bakıda, Heydər Əliyev Mərkəzində "Heksameron. 6 royal" adlı konsert keçirilib. Konsertdə Azərbaycan və dünya ölkələri bəstəkarlarının əsərləri, o cümlədən nadir hallarda ifa olunan “Heksameron” əsəri 6 pianoçunun birgə təqdimatında səslənib. Layihənin davamı olaraq Bakı konsertində çıxış etmiş məşhur pianoçuların regionlara turları təşkil olunub. Musiqiçilərin Şəki, Şamaxı və Lənkəranda da çıxışları olacaq.

Murad Hüseynov Beynəlxalq Muğam Mərkəzinin direktoru:“Gəncə Dövlət Filarmoniyasının səhnəsində çıxış etmək çox xoşdur. Düşünürəm ki, konsert həm bizim üçün, həm də tamaşaçılar üçün çox maraqlı idi. Ayrı ölkələrdən gələn istedadlı, tanınmış pianoçuların ifasında gözəl əsərləri, dünya klassiklərin əsərlərini dinləmək çox xoş idi”.

Katarina Troytler Almaniyadan olan pianoçu: Həqiqətən də belə gözəl Filarmoniya binasında çıxış etmək biz pianoçulara zövq verdi. Əlaxsus da tamaçaıların isti münasibəti və auditoriyanın əksəriyyətinin cavanlar olması bizi sevindirir.Çıxışımızın gurultulu alqışlarla mükafatlandırılmasını da qeyd etməliyəm.

Rustem Saytkulov Rusiyadan olan musiqiçi: İlk dəfədir Gəncədəyik və gözəl filarmoniya binasında çıxış edirik. Gəncə tamaşaçısı önündə konsert vermək olduqca xoş idi. 6 ölkədən olan musiqiçinin birgə ifasına bu dərəcədə maraq bizi sevindirir.

 

Elnur Vahidoğlu