• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 09.03.2019 12:26

Qiymətlərin 30 % ucuz olduğu yarmarka fəaliyyətə başladı

KepezTV Player

Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq və süni qiymət artımının qarşısını almaq üçün Gəncədə kənd təsərrüfatı məhsullarının satış yarmarkasına start verilib. Şəhərin Şeyx Bahiyəddin küçəsində, Gəncə mehmanxanasının yanında keçirilən yarmarkaya fermerlər və qida istehsalçıları öz məhsullarını çıxarıblar. Satış prosesində vasitəçilərin olmaması da qiymətlərin ucuz olmasına əsas səbəbdir. Məhsulların qiymətində bazarla müqayisədə təxminən 30% fərq var. Yarmarkada iştirak ödənişsizdir. Yarmarka bu gün və sabah, eləcə də martın 16-dan 21-dək keçiriləcək.