Gəncədə istedadlı şair Razim Göyçəlinin yeni nəşirdən çıxan kitabı ictimayyətə təqdim olunub. “Bu mənəm” adlı kitab şairin oxucularla ikinci görüşüdür. Kitaba müəllifin doğma yurd-yuvası Göyçə ilə bağlı publisistik düşüncələri, şerləri və özü haqqında qələmə alınan xatirələri daxil edilib. Kiçik yaşlarından ədəbiyyata, şerə böyük həvəsi olan şair ali təhsilini də bu istiqamətdə alıb. 1988-ci ildən Gəncə şəhərində məskunlaşan şair kitabın da ermənilərin həmişə xalqımıza qarşı törətdiyi qırğınları, zülmlərı qələmə alıb. 45 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğul olan Razim Göyçəli şeirlərində həmçinin insan taleyindən, dünyanı dərk edə bilmədiyimiz suallara cavab axtarıb. Çıxışlarda onun poeziyasının saf, təmiz duyğuların real təcəssümü olduğu dilə gətirilib. Təqdimatda şairə həsr edilən şeirlər oxunub, məktəblilər şairin şeirlərini səsləndiriblər. Razim Göyçəli tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və yeni şeirlərini oxuyub.
Razim Hacıyev - şair: Göyçə gecə də yadımızdan çıxmır. Mən şerlərim də göstərmişəm ki, Bu gecə yuxumda Göyçəni gördüm, Vallah sabahadək orada ağıadım. Anam ağlamadı məni o qədər, Mən onu o məni xeyli ağladım. Bu tərəfdən gələn qərb küləyi bizi həmişə Göyçəyə səsləyir. Şerlərimdə də göstərir ki, Bu dağdan o dağa köçməyim gəlir. Bu kitabı oxuyarkən Göyçə tarixini bilməklə yanaşı həmdə vətənpərvərlik Göyçə torpaqlarının işğaldan azad olması, Azərbaycan torpaqların da möhkəmlik Azərbaycançılıq və Azərbaycan vətənpərvərliyi yaradıram. Kitabda göstərilən ümudimiz ondan ibarətdir ki, gec-tez Göyçəmizə qaydacağıq və Göyçə Azərbaycanımızın ayrılmaz hissəsidir.
Elnur Vahidoğlu
- Baxış: 700