• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 08.03.2019 11:59

Yararsız 5 022 ədəd reklam sökülüb

KepezTV Player

2018-ci ildə Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsinə görə dövlət büdcəsinə 1 milyon 794 min 556 manat rüsum ödənilib. Nazirlər Kabinetinin məlumatına görə, ötən il açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı sahibkarlarla 18 min 206 müqavilə bağlanılıb. Həmin müqavilələr üzrə 35 min 895 reklam daşıyıcısına icazə və texniki şərtlər pasportu verilib. Təhlükəsizliyin təmin olunmasına və estetik tələblərə cavab verməyən reklam daşıyıcıların əksər hissəsinin yeniləri ilə əvəz edilməsi istiqamətində zəruri tədbirlər görülüb. Eyni zamanda ölkə üzrə icazə sənədləri olmayan və yararsız 5 min 22 ədəd reklam sökülüb.