• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 08.03.2019 12:20

Şəmkirli qadınların fəaliyyəti yüksək qiymətləndirilib

KepezTV Player

Şəmkirdə qadınlar 8 mart beynəlxalq qadınlar günü münasibətilə təbrik edilib. Təşkil edilən tədbirdə qadınlar bayram münasibəti ilə təbrik edilib, onlara ən xoş arzular çatdırılıb. Ölkəmizdə qadınlara dövlət qayğısı və bu sahədə həyata keçirilən dövlət siyasətindən danışılıb. Qadınların ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyi nəzərə çatdırılıb. Çıxışlarda rayonun müxtəlif idarə və müəssilərində çalışan qadınlarının əldə etdikləri uğurlardanda söz açılıb. Dövlətə və dövlətçiliyə daim sadiqlik nümayiş etdirən Şəmkirli qadınlar öz fəallıqları ilə seçilirlər. Bütün bunların nəticəsidir ki 20-ə yaxın Şəmkirli qadın ayrı-ayrı illərdə ölkə rəhbərliyi tərəfindən müxtəlif adlar və medallarla təltif edilib. Rəsmi hissədə qadınlara rayon icra hakimiyyəti tərəfindən qiymətli xatirə hədiyyələri təqdim olunub. Tədbir konsert proqramı ilə davam edib.