• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 853
— 08.03.2019 10:01

Energizer 5G dəstəkli Power Max P8100S smartfonunu təqdim etdi

İspaniyanın Barselona şəhərində keçirilən Mobil Dünya Konqresi çərçivəsində Energizer şirkəti Power Max P8100S adlı 5G bağlantını dəstəkləyən smartfon təqdim edib. Konqresdə daha əvvəl ilk olaraq 18 min mAs həcmli batareyasını göstərən Energizer indi də güclü Max P8100S telefonunu ilə təəccübləndirməyə çalışıb. Mobil cihazın iki ekranı var. Bu ekranlardan biri 6 düymlük Full HD +, ikincisi 8.1 düymlük tam HD + çözünürlüğünə malikdir. Energizer Power Max 8100S xüsusiyyətləri:

8 Core Snapdragon 855 prosessor  (1 × 2.84 GHz Kryo 485 və 3 × 2.42 GHz Kryo 485 və 4 × 1.8 GHz Kryo 485)

8 GB RAM

256 GB yaddaş (256 GB-ə qədər microSD dəstəyi)

48 MP və 12 MP ana kameralar

24 MP selfie kamera

Tünd qırmızı rəng seçimi

Aduno 640 GPU

2G / 3G / 4G / 5G dəstəyi

18w sürətli şarj və 10000 mAs batareya

Smartfon 850 avro qiymətlə satışa buraxılacaq.