• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1175
— 07.03.2019 20:29

Əl çantasından 11 kiloqrama yaxın narkotik aşkarlandı

KepezTV Player

Rauf Atakişiyev Gəncə şəhər Baş Polis İdarəsinin baş müstəntiqi: Gəncə şəhər sakini Həsənov Vüqar Cəbrayıl oğlu Gəncə şəhər ərazində saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman əl yükündən ümumilikdə 10 kq 750 qram çəkidə olan narkotik vastə olan marixuana aşkar edilərək götürülüb.

37 yaşlı Vüqar Həsənovun sözlərinə görə, marixuananı ötən ilin sentyabrında çay kənarından yığıb, aylarla sahibsiz uçuq tikilidə gizli şəkildə qurudub.

Vüqar Həsənov saxlanılan şəxs: Xeyli müddət idi ki, orada idi məndə fikirləşdim ki, gedim baş çəkim ki, necədi quruyubmu özüm üçün çəkim. Çıxmaq istiyən də məni kənardan görən oldu.Narahat olmağa başladım.Fikrimə gəldi ki, bunun yerini dəyişim. Çantanı götürüb çıxanda polislər tutdular.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkum edilmiş Vüqar Həsənov bir il bundan qabaq azadlığına qovuşub. Lakin göründüyü kimi, bu nemətin dəyərini lazımınca bilməyib. Onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Elnur Vahidoğlu