• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1908
— 07.03.2019 15:11

8 saat, yoxsa daha az yatmalı?

KepezTV Player

Həyatımızın məcburi ehtiyaclarından biri olan yuxu rejimi, gündüz itirdiyimiz enerjini bərpa etmək üçün əslində, olduqca vacibdir. Lakin, burda söhbət düzgün yuxu rejimindən gedir. Çünki son zamanlar xüsusən, gənclər arasında çox rast gəlinən yuxusuzluq problemi elə birbaşa olaraq, yuxuya lazımi qədər saatların ayrılmaması ilə bağlıdır. Əlbəttə, düzgün rejim və ya yuxu saatları hamı üçün eyni deyil. Sual yaranır, bəs həmişə eşitdiyimiz "İnsan sutkada 8 saat yatmalıdır” fikri nə dərəcədə doğrudur? Ümumiyyətlə, azyaşlılar eləcə də yetkin insanların yuxu rejimi necə tənzimlənməlidir?

Şəhla Verdiyeva terapevt:“Gecə saat 1-dən səhər 7-yə qədər ki, yuxu saatları vacib hesab olunur, çox önəmlidir. Çünki gecə saat 2-4 arası melatonin və böyümə hormonunun sekresiyası pik həddə çatır. Həmin yuxu saatlarını qaçırmaq  ciddi bir şəkildə inkişaf geriliyinə səbəb ola bilir. Yetkin insanlar üçün də həmin yuxu saatları yenə də melatonin sekresiyası baxımından amma, inkişafına görə deyil, antioksidant, yaşlanma əleyhinə təsir göstərdiyinə və immun sistemi gücləndirdiyinə görə vacib sayılır”.