• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 07.03.2019 11:31

Qazaxda münaqişəyə səbəb olan oğru saxlanıldı

KepezTV Player

Qazax rayon Şıxlı kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İsgəndər Dılışov yanvar ayının 29-da Şıxlı kəndi ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 500 ABŞ dolları və 45 manat nağd pul oğurlayıb. Daha sonra o, fevralın 19-da həmin kənd ərazisindəki başqa bir evə daxil olan quldurun “qazancı” 200 manat olub.

Nurlan Vəliyev müstəntiq:İsgəndər Dılışova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddəsi ilə ittiham elan olunaraq barəsində Qazax rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. İsgəndər Dılışovun başqa cinayət hadisələri törədib tərətməməsi tərəfimizdən araşdırrılır.

Saxlanılan şəxs əməlini səmimi etiraf edib. Cinayəti ağır dərəcəli sərxoş vəziyyətdə törətdiyini deyib.

İsgəndər Dılışov saxlanılan şəxs:Ağlım başımda olmayıb. Huşsuz vəziyyətdə olmuşam. Məqsəd heç nə, ağlım başımda olmayıb. Olub da bilmirəm. Olan olub nə peşman olacam. Belə də peşmanam. Ağlım başımda olsa edərdimmi?

Martın 3-də Şıxlı kəndində bir qrup kənd sakini yoldan ötən “Mersedes” markalı avtomobili saxlayaraq içərisindəki 3 nəfər şəxsi kənd ərazisində baş verən oğurluqları törətməkdə təqsirləndirərək döyüb. Nəticədə 47 yaşlı Bakı şəhər sakini Seymur Haqverdiyev, 21 yaşlı Qazax rayon sakini Maqsud Əliyev və 31 yaşlı Gürcüstan vətəndaşı Coşqun Ayvazov müxtəlif  bədən xəsarətləri ilə Qazax rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.