• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 06.03.2019 18:31

Prezident sərəncamın icrası ilə yerində tanış olub

KepezTV Player

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, fevralın 5-də və 6-da Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılır. Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün dövlət başçısı Ağsuya səfər edib. Prezident İlham Əliyev təbii fəlakət nəticəsində zərər çəkən evlərin yerində yenidən tikilməkdə olan evlərlə tanış olub. Prezident İlham Əliyev Ağsu şəhərində ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra rayon sakinləri ilə görüşüb, onlarla söhbət edib. Dövlət başçısı Ağsu sakinlərinin ərizələrini qəbul edib.