• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 06.03.2019 14:26

TBMM sədri və Aİ nümayəndəsi prezident İlham Əliyevlə görüşdə

KepezTV Player

Türkiyə Böyük Millət Məclisinin sədri statusunda ilk səfərini Azərbaycana edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun Prezident İlham Əliyevlə görüşü olub. Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlığın bu gün yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini deyən dövlət başçısı birgə səylərlə həyata keçirilən önəmli regional təşəbbüslərin əhəmiyyətinə toxunub. Mustafa Şentop isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin daim Azərbaycanın yanında olduğunu, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini deyib. Prezident İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşündə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsindən danışılıb. Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı və ölkəmizin Şərq Tərəfdaşlığı Proqramında iştirakına dair geniş fikir mübadiləsi aparılıb.