• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 06.03.2019 15:07

Aydın İbrahimov: Gəncədə uşaqlar anadangəlmə pəhləvan kimi doğulurlar

KepezTV Player

Gəncə güləşi ölkədə ənənələri olan məktəblərdəndir. Nizami yurdundan olan güləşçilərin müxtəlif dövrlərdə Avropa və dünya çempionatlarında, eləcə də olimpiya oyunlarda əldə etdikləri medallar Azərbaycan idmanın tarixinə yazılıb. Gəncə güləşinin uğurları ilk azərbaycanlı dünya çempionu Aydın İbrahimovdan başlayaraq müasir zamanda Toğrul Əsgərova kimi uzanıb.  Yeniyetmələrin olimpiya çempionu olan Turan Bayramov isə  bu məktəbin perspektivli davamçılarındandır. Avropanın İdman Şəhəri titulunun rəsmi açılışı ilə əlaqədar doğma şəhərində olan 81 yaşlı Aydın İbrahimov Gəncə güləşinin potensialdan danışıb.

 

Orxan Cəfərzadə