• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1067
— 06.03.2019 15:53

Samuxun balaca sakinləri qadınları təbrik edib

KepezTV Player

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Heydər Əliyev fondunun dəstəyi ilə inşa edilən Samux şəhər 6 saylı körpələr evi-uşaq bağçasında bayram tədbiri təşkil olunub. Xanımlar bayram münasibəti ilə təbrik edilib, onlara işlərində uğurlar arzulanıb. Azərbaycan qadınının bütün dövrlərdə milli - mənəvi dəyərlərin qorunub saxlanması və yaşadılmasında müstəsna rolu vurğulanıb. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirdiyi xatırlanıb. Azərbaycan qadınlarının fəal ictimai fəaliyyətindən də söz açılıb. Bayram tədbiri bağçanın körpə fidanlarının söylədikləri şerlər və rəqslərlə davam edib.

Təhminə Nəsibova - Samux şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri: Samux şəhər 6 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev fondunun dəstəyi ilə tikilib istifadəyə verilib. Bağçamızda uşaqların düzgün tərbiyyə olunması üçün və normal qidalanması üçün hər cür şərait yaradılıb. Bizdə öz növbəmizdə bu yaradılan şəraitdən maksimum istifadə edərək çalışırıq ki uşaqların diqqət və qayğılarını çəkə bilək. Bağçamızda müxtəlif tədbirlər və şənliklər keçirilir. Bu gün isə biz 8 marta beynəlxalq qadınlar günü münasibəti iilə şənlik təşkil etdik. İstədik ki fidan balalarımızın dilindən qadınlarımızı təbrik edək.