• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 06.03.2019 15:17

Ödəniləcək kompensasiyanın məbləği aprelin 15-dək müəyyənləşdiriləcək

KepezTV Player

Problemli kreditlərlə bağlı qaydaların birinci hissəsi 9 gündən sonra hazır olacaq. Aprelin 15-nə qədər isə bütün vətəndaşların siyahısı dəqiqləşəcək və ödəniləcək kompensasiyanın məbləği müəyyənləşdiriləcək. Bütün bu məlumatlar Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında yerləşdirilləcək. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı facebook sosial şəbəkəsi üzərindən etdiyi canlı yayımda problemli kreditlərin həlli ilə bağlı sualları cavablandırarkən deyib. Onun sözlərinə görə, istənilən vətəndaş şəxsiyyət vəsiqəsinin fin kodu ilə ona düşəcək kompensasiyanı öyrənə biləcək. Qurum rəhbəri vətəndaşlara indiki mərhələdə tələsməməyi tövsiyə edib.