• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 06.03.2019 12:09

Moskvaya gedən Azərbaycan vətəndaşlarının həyat yolu Stavropolda dayandı

KepezTV Player

Rusiyada baş verən qəzada 6 Azərbaycan vətəndaşı dünyasını dəyişib. Zil markalı avtomobilin yolun qarşı hərəkət zolasğına çıxması Mersedes Vito ilə toqquşmanı qaçılmaz edib. Qafqaz Federal yolunun 252-ci km-də baş verən hadisə nəticəsində Azərbaycandan Moskvaya gedən minivendə olan 8 Azərbaycan vətəndaşında 6-sı hadisə yerində dünyasını dəyişib. Sürücülər də daxil olmaqla 4 nəfər xəstəxanaya yerləşdirilib. Azərbaycan vətəndaşı olan ölən və yaralıların hamısının Ağcabədi rayonundan olduğu bildirilir. Stavropol diyarında qeydə alınan ağır qəzaya Zilin sürücüsünün sükan arxasında yuxulaması və yolda arakəsmənin olmaması səbəb olaraq gösrətilir.