• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2103
— 06.03.2019 12:10

Qazaxda partlamamış hərbi sursatlar aşkarlanıb

KepezTV Player

Qazaxda 171 ədəd müxtəlif növ partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə minanın partladıcısı aşkarlanıb. Bu sursatlar Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri və Qazax sərhəd dəstəsinin əməkdaşları tərəfindən rayonun Ağköynək kəndinin ərazisində otlaq sahəsində tapılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanan hərbi sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunan partlamamış hərbi sursatların və partladıcının ətrafında 1,200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.