• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1177
— 06.03.2019 12:06

Çeyrançöldə siçanabənzər gəmricilər aşkarlanıb

KepezTV Player

2019-cu ilin məhsulu üçün əkilmiş payızlıq taxıl sahələrində, meyvə bağlarında, çoxillik və təbii biçənəklərdə siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir. Çeyrançöl və Tovuz rayonu ərazisində aparılan marşurut yoxlamaları zamanı kimyəvi mübarizəyə ehtiyac duyulan ərazilər aşkar olunub. Bundan başqa rayon Bitgi Mühafizə Mərkəzi kartof əkən təsərrüfatçılara da xəbərdarlıq edib.

Tovuz rayon Bitgi Mühafizə Mərkəzi tərəfindən siçanabənzər gəmricilərə qarşı 9055 hektar sahədə müşahidələr aparılıb. Bu ərazilərin 6303 hektarının zərəvericilərlə sirayətlənməsi aşkar edilib. Rayon ərazisində siçanabənzər gəmricilərə ən çox Çeyrançöldə rast gəlinib ki, burada da onların yuvaların orta saxlıq sayı 550-950 arasında olub.

Lalə Şəmilova - Tovuz Rayon Bitki Mühafizə Mərkəzinin rəisi: Bu ilin həddindən artıq quraq keçməsi gəmricilərin yaşaması və artması üçün münbit şərait formalaşdırıb. Ancaq buna baxmayaraq bizim apardığımız kimyəvi mübarizə tədbirləri zamanı gəmriciıərin əkin sahələrində vura biləcəyi zərərin qarşısı alınıbdır. Demək olar ki, mübarizə aparılan ərazilərdə 90-95% səmərəliliyə nail olunub.

Ölkədə kartof istehsalına görə, önçül yerlərdə dayanan Tovuz rayonunda kartof sahələrinin güvə ilə sirayətlənməsi ötən il olduğu kimi bu ildə müşahidə oluna bilər. Rayon Bitgi Mühafizə Mərkəzi kartof güvəsini sahələrdə artmasının qarşısını almaq üçün fermerlərə növbəli əkin sisteminə riayət olunmasını, sertifikatlı toxunların əkilməsini və sahələrdən yığılan kartofun anbarlarda saxlanılmasını tövsiyyə edir.

Lalə Şəmilova - Tovuz Rayon Bitki Mühafizə Mərkəzinin rəisi: Rayon ərazisində ötən il kartof sahələrinə kartof güvəsi ziyan vurmuşdu. Dövlət büdcə vəsaiti hesabına zərəvericiyə qarşı mübarizə tədbirləri aparılmışdır. Ancaq bu məsələdə fermerlərində aqrotexniki qaydalara əməl etməmişdilər. Kartofu torpaqdan çıxarıb sahələrə yığırlar, buda sahələrdə günlərlə günəşin altında qalan məhsulun güvə ilə sirayətlənməsinə səbə olur.

2018-ci məhsul ilində Tovuz rayonunda kartof güvəsinin həddindən artıq yayılması tonlarla kartofun zay olmasına səbəb olub. Bu da fermer təsərrüfatlarına maddi baxımdan zərər vurmaqla, bazarlarda kartofun qiymətinə də təsir göstərib.