• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 06.03.2019 10:03

Yaponiyada karbon materiallı Supra modeli peyda oldu

Toyota Racing Development (TRD) bölməsi Osaka şəhərində keçirilən avtosalonda GR Supra Performance Line Concept TRD prototipini ictimaiyyətə göstərib. Konsept karbon lif materialından kuzov və yeni təkərlər qazanıb. Adi Supradan bu dəfəki kuzov detallarına görə fərqlənir. Sportkar karbondan vinqletli spoiler, yan aerodinamik işləmələr əldə edib. Konspet üçün xüsusi olaraq yeni yüngül lehimli 19 düymlük təkərlər hazırlanıb. İki qapılının texniki göstəriciləri seriyalısından seçilmir. Sportkar 340 at güclü 8 diapazonlu avtomatik sürət qutusu, adaptive asma və aktiv arxa differensialla işləyir.