• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 05.03.2019 20:37

Od çərşənbəsinin adətləri

KepezTV Player

Bu il od çərşənbəsi mart ayının 5-nə təsadüf edir. Sözügedən çərşənbə xalq arasında “Üskü çərşənbə”, “Addı çərşənbə”, “Üskü gecəsi”  adları ilə də tanınır. Baharın gəlişini müjdələyən 4 ünsürdən 1-i olan od bu gün də xalq təfəkkürünə görə, işıqlı sabah, xeyir-bərəkət rəmzi hesab olunur.

Ruziyyə Quliyeva folklorşünas:Od çərşənbəsi odla bağlı olduğuna görə biz odun mahiyyətini, günəşə inamın izlərini açmalıyıq. Yəni günəş olmasa, od olmasa həyat yoxdur. 4 başlanğıcın hamısı vacibdir, amma onların içində ən vacib olanı odla bağlı olan inamlardır.Odun fəlsəfəsi var. Biz oda baxanda ondan enerji götürürük. Heç fikir vermisiz? Oda and içirik. Bu ocaq haqqı”.

Od çərşənbəsi əsəsən, ağırlıq-uğurluğun məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Bəli, üzərindən atlanaraq, üstümüzün ağırlığını oda tökür, paklaşırıq. Görünür “Suyun yumadığını od təmizlər” ifadəsi də elə buradan götürülüb.

Bayram adətlərinin, çərşənbələrin tarixi xalqın ilkin yaradılışı ilə bağlıdır. Bəlkə də elə bu səbəbdən, günümüzdə unudulan və ya unudulmaqda olan kifayət qədər ənənələr var.

Ruziyyə Quliyeva folklorşünas:Bu bayram yeganə bayramdır ki, bir ay ərzində davam edir. Bəli, onda meydan tamaşaları var idi, kəndirbazlar var idi. Meydanlar bu cür boş olmurdu. Novruz bir gündür, amma bu bayram bir ay davam edir. Məsələn, evlər təmizlənirdi xüsusi hazırlıq görülürdü. Təkcə bir süfrə deyil”.

Novruz ilk növbədə el şənliyidir. Elə bu bayramı xalqa sevdirən də onun hamılıqla qeyd edilən bir şənlik, ümumi sevinc olmasıdır. Qoy Novruz bizim birliyimizi daha da möhkəm, xalqımızı və dövlətimizi yenilməz etsin”.