Hazırda Samux Rayon Baytarlıq İdarəsinin 6 sahə baytarlıq məntəqəsi tərəfindən aparılan tədbirlər çərçivəsində şəxsi təsərrüfatlarda 22 min baş iribuynuzlu, 2500 baş təkdırnaqlı heyvan qarayara, eləcə də 2500 baş sahibli ev it quduzluğa qarşı peyvənd edilib. Baytarlar 3660 kvadratmetr sahədə dezinfeksiya işləri də həyata keçirib. Fermerlər dövlət tərəfindən yaradılan imkanları yüksək qimyətləndirir və epizootik tədbilərin özünü müsbət tərəfdən doğrultduğunu deyirlər.
Rübail Nəsibov təsərrüfat sahibi:Bizə böyük bir stimul verilib. Hər bir sahədə əkində toxumçuluqda kübrə verilməsində sort heyvanların gətirilməsində bizə böyük dəstək var. Biz bundan ruhlanaraq təsərrüfatımızı daha da genişləndiririk. Bundan böyük təsərrüfatlar yaratmağa qadiriq.
Sinan Vəlizadə təsərrüfat sahibi:Biz Aqrolizinq yolu ilə smental cinsdən olan düyələr alımışıq. Hazırda təsərrüfatımız genişlənərək 160 başa çatıb. Özümüz düyə yetişdiririk. Təsərrüfatımızın vəziyyəti olduqca yaxşıdır. Vaxtlı-vaxtınd abütün tədbirlər həyata keçirilir.
Samux rayonunda həyata keçirilən proflaktik tədbirlərlə yerində tanış olan Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev təsərrüfat sahiblərinə iti yoluxucu xəstəliklər barədə ətraflı məlumat verib, fermerlərə baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edib. Xidmət rəisi bu il respublikanın 13 rayonunda müasir tələblərə cavab verən baytar sahə məntəqələrinin inşa oluncağını da bildirib.
Bayandur Rzayev Dövlət Baytarlıq Xidmətinin rəisi:Həmin məntəqələr kompleks şəkilli məntəqələr sayılacaq. Burada iribuynuzlu heyvanların cimizdirilməsi duşlar xırda buynuzlu heyvanların cimizidirolmsəi üçün vannalar eyni zamanda qırxım məntəqələri inşa olunacaq. Samux rayonu təsərrüfat rayonu olduğu üçün məntəqələrədn birinin inşası Samux rayonunda eyni zamanda aran rayonlarında heyvandralığın çox inkişaf etmiş rayonlarında nəzərdə tutulub.
Samux rayonunda ümumilikdə 24 min baş iri, 155 min baş xırda davar bəslənilir.
- Baxış: 1154