• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1975
— 05.03.2019 16:03

55 yaşlı kişi söyüşə görə qətlə yetirilib

KepezTV Player

Bakıda törədilən ağır cinayətə söyüş səbəb olub. Qətli törətməkdə şübhəli bilinərək saxlanılan şəxs əməlinə bununla izah verib. Hadisənin təfərrüatlarına gəlincə, martın 3-ü saat 03.50 radələrində Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 35 saylı binanın qarşısında paytaxt sakini, 55 yaşlı Fərzalı Nəsirovun üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan meyiti aşkar edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb. Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının “isti izlərlə" keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Adil Qazıyev tərəfindən şəxsi münasibətlər zəminində törədildiyi müəyyən edilib. Kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.