• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1584
— 04.03.2019 15:56

Avropanın idman şəhəri Gəncədə ilk rəsmi kütləvi tədbir keçiriləcək

KepezTV Player

2019-cu il üçün “Avropanın İdman Şəhəri” titulunu daşıyan Gəncədə bu ad altında ilk rəsmi kütləvi idman tədbiri martın 5-də olacaq. Bu da təsadüfi deyil.

Çünki hər ilin bu günü ölkəmizdə bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. Gənclər və İdman nazirliyi tərəfindən “5 mart Bədən Tərbiyəsi və İdman günü” ilə bağlı bir qayda olaraq Bakıda təşkil olunan təntənəli tədbir bu dəfə Gəncədə baş tutacaq. Yeri gəlmişkən, bu ənənəvi tədbir ilk dəfə paytaxtdan kənarda olacaq.

Tədbirdə Gənclər və İdman nazirliyinin, Milli Olimpiya Komitəsinin, federasiyaların rəhbər şəxslərinin, eləcə də tanınmış idmançıların, millət vəkillərinin və digər qonaqların iştirakı nəzərdə tutulub.    

 

Azad Rəfi