• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 04.03.2019 15:06

Gürcüstandan gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlanıb

KepezTV Player

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşına məxsus "VAZ-21063" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Daha sonra maşına gömrük baxışı keçirilib. Avtomobilin ön oturacaqlarının içərisində və arxa oturacağın altında gizlədilən 3600 ədəd siqaret, habelə ehtiyat təkərin içərisində gizlədilən 11 ədəd spirtli içki aşkarlanıb.