• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1219
— 04.03.2019 16:28

"Düyməcik" Gəncə teatrın səhnəsində

KepezTV Player

Danimarkalı yazıçı Hans Xiristian Andersenin “Düyməcik” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın Gəncədə məşqləri gedir. Kukla Teatrında səhnələşdirilən 40 dəqiqəlik yeni tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Sara Məmmədova, musiqi tərtibatçısı Araz Əsgərovdur. Yeni janrda hazırlanan tamaşa 7-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Baş rolu Zülfiyyə Əliyeva, Səməd Xanəhmədov, Nərmin Şərifova və tamaşanın quruluşçu rejissoru Şamil Məmmədli oynayır. Düyməcik uşaqların ən çox sevdiyi nağıl qəhrəmanlarından biri  olduğundan bu əsərə müraciət edilib. Tamaşada yoldaşlıq, dostluq təbliğ olunur. Martın ortalarında premyerası olacaq tamaşa Türkiyədə keçiriləcək festivalda da təqdim ediləcək.

Fərmail Paşayev - Gəncə Dövlət Kukla Teatrının direktoru – “İstənilən bir məkanda, istənilən bir yerdə bu tamaşanı biz oynaya bilərik. Hətta dəvət olunmuş bir məktəbdə əgər şəraiti yoxdursa bu tamaşanın özünün imkanları ona şərait yaradır ki, o məkanda tamaşanı oynaya bilək. Artılq bizim Ankara festivalına dəvətimiz var. Planlaşdırmışıq ki, bu tamaşa ilə o festivalda iştirak edək”.

Şamil Məmmədli - quruluşçu rejissor – “Bu tamaşada yeni bir janra müraciət eləmişik. Bunun fərqli və maraqlı tərəfi ondadır ki, burada hər bir şey bir çamadanın içində olur. Kuklalarda onun içindən çıxır, işıqları da biz özümüz oradan veririk, musiqini də oradan səsləndiririk və bu da uşaqlara daha çox maraqlı gəlir.

Səməd Xanəhmədov - aktyor – “Biz aktyor olaraq həm oynayırıq, həm də idarə eləyirik. Həmçinin biz burada balaca dostlarımız nağıl söyləyirik. Çox böyük bir marağa səbəb olacaq bu tamaşa”.

 

Elnur Vahidoğlu