• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 04.03.2019 15:45

Bu gün Azərbaycanda termal sular səmərəsiz istifadə olunur

KepezTV Player

Dünyada kimyəvi və fiziki tərkibinə görə, 7 qrupa bölünən yeraltı termal sular mövcuddur və bu suların 5 qrupu Azərbaycanın müxtəlif bölgələrində təbii yolla çıxır. Ancaq bu müalicəvi əhəmiyyətə malik olan suların məqsədyönlü istifadə olunmaması ölkəyə iqtisadi səmərə gətirmir. Bəs mütəxəssislər bu barədə nə deyir? Bunu əməkdaşımız Xaliq Qurbanlı araşdırıb. İzləyək.

Azərbaycanda gün ərzində 249 min kubmetr zəngin tərkibli termal su +20,+85 dərəcədə yeraltından çıxır. Bu suların cəmi 20%-i iqtisadi səmərə gətirən sağlamlıq mərkəzlərində və sənayedə istifadə olunur. Goranboyda 10 ildir ki, fəaliyyət göstərən və ölkədə profilinə görə az sayda olan tibb ocaqlarından sayılan bu sağlamlıq mərkəzində əhali yeraltından çıxan kükürdlü sudan istifadə edir. Yüzlərlə insanın şəfa tapdığı müəssisədə cəmi 4 manat ödəməklə zəngin termal suların vannasını qəbul etmək olar.

Alıyev Alı – Sağlamlıq mərkəzinin əməkdaşı “ Bizdə yeraltından çıxan kükürdlü su vannaları, masaj, fizoterapiya, işıq vannası vasitələri ilə revmatizma, oynaq, sinir, duzlaşma və müxtəlif dəri xəstəlikləri  bu yolla burada müalicə olunur.

Statistik göstəricilər  göstərir ki, bü gün Azərbaycanda mövcud olan yeraltı termal suların 80%ə qədəri səmərəsiz istifadə olunur. Hərçənd ki, minlərlə insanın şəfa tapa biləcəyi, eləcə də sahibkara və dövlətə iqtisadi səmərə gətirən bu sular yeraltından təbii yolla çıxarılaraq çaylara və göllərə axıdılmaqda davam edir.

AMEA-nın Gəncə bölməsinin Alternativ enerjidən istifadə labaratoriyasının müdiri Vəfa Məmmədovanın sözlərinə görə, qərb bölgəsində mövcud olan termal sular heç bir enerji və texnologiyadan istifadə edilmədən əldə olunur. Yəni, ətraf mühitə və biosferə heç bir zərər dəymir. Ancaq bu təbii ehtiyat  Azərbaycanda tibbdə və sənayedə geniş istifadə olunmur. Beynəlxalq təcrübə isə göstərir ki, termal sular dəri zöhrəvi, oynaq və daxili orqanların müalicəsində əvəzsiz sayılır.

Vəfa Məmmədova – AMEA-nın Gəncə bölməsinin Alternativ enerjidən istifadə labaratoriyasının müdiri: “Binaların və istixanaların qızdırılmasında istifadə oluna bilər, təbii şəraitdə suvarılmada istifadə oluna bilər, sanatoriyalarda müalicə məqsədilə istifadə oluna bilər. Bir də termal suların tərkibində yod elementlərinin də miqdarı çoxdur. Buna görə də termal sulardan təbi yodu da almaq olar. Lakin hələ Azərbaycanda  bundan istifadə olunmur”

Gəncə Dövlət Universitetinin mütəxəssilərinin  birgə araşdırması göstərir ki, Azərbaycanda mövcud olan termal suların böyük əksəriyyətinin  mavi yanacaqla bir yerdə quyulardan xaric olması bu suyun tibbi və iqtisadi rentabelliyini daha da artırır.

Sevda Əhmədova – GDU-nin professoru: “Bu gün Azərbaycanda təbii müalicələrə böyük ehtiyac var. Biz termal suların istifadəsi ilə bağlı elmi araşdırmalar aparırıq. Bu suların kimyəvi tərkibi öyrənilir, istifadə qaydaları təyin olunur və ümid edirəm ki, yaxın gələcəkdə respublikamızda termal sular geniş şəkildə istifadə olunacaqdır”

Qərb bölgəsində mövcud olan yeraltı termal suların böyük əksəriyyəti sovet dönəmində neft axtarmaq məqsədilə qazılan quyulardan çıxır.